Gürcüstanda müntəzəm aviareyslərə məhdudiyyət uzadılıb

9

Gürcüstanda COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət noyabrın 1-dək qüvvədə olacaq.

yasamal.tv xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.

“Müntəzəm aviareyslərə qoyulan məhdudiyyət  oktyabrın 31-dək uzadılıb”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, qonşu ölkədə müntəzəm aviareyslərə qoyulan məhdudiyyət sentyabrın 30-da başa çatmalı idi.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin