Goranboy rayonunda yol qəzası baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri ölüb, digəri yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(apa)