Livan prezident Mişel Aun yeni hökuməti formalaşdırmağı Mustafa Ədibə həvalə edib.
yasamal.tv xəbər verir ki, bunu prezident dəftərxanasının başçısı Antuan Şukeyr jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Livan parlamentinin 128 deputatından 90-ı onun namizədliyini dəstəkləyib.
Qeyd edək ki, Mustafa Ədib bundan əvvəl Livanın Almaniyadakı səfiri işləyib.(report)