Birləşmiş Ərəb Əmirliklərində tikilən Mars görünüşlü şəhərin tikintisinin başa çatması 2021-ci ildə gözlənilir.
İspaniyanın El-Mundo qəzetinin yazdığına əsasən, alimlərin tədqiqatlarının apardığı və astronavtların təlimlərinin keçiriləcəyi bu şəhərin yaradılması, 2017-ci ildə elan edilmişdi.
BƏƏ səlahiyyətliləri, 2117-ci ilə qədər Marsı yayayış yerinə çevirmək niyyətində olduğunu bildirib. Şəhərin ərazisi 176 min kv.m.-dən çoxdur. Bütün binalar yeraltı və 3D printerlərdə hazırlanmış qübbələr altında yerləşir. Tikinti zamanı əsas materiallardan biri qumdur.