ABŞ Prezidenti Donald Tramp Çinə qarşı sərt siyasət aparır.
Millitribuna.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Cənab Tramp Çini həm COVİD-19-u gizlətdiyinə görə, həm də ABŞ və dünyada iqtisadiyyata zərbə vurduğu üçün günahlandırır. ABŞ lideri ədalət bərpa olunana qədər dayanmadan çalışacaq”, – Pompeo bildirib.
Dövlət katibi qeyd edib ki, bu gün NATO Tramp sayəsində daha güclüdür:
“Tramp administrasiyası Rusiya və İran mövzusunda da sərt siyasət aparır”.(axar.az)