Yaponiyada “Harri Potter”in tematik parkı olacaq

12

Yaponiyada “Harri Potter” filmlərinin motivləri əsasında dünyada ikinci tematik park yaradılacaq.

yasamal.tv xəbər verir ki, park 2023-cü ildə Tokio şəhərində salınacaq.

Həmin məkanda ziyarətçilər film çəkilişlərindəki dekorasiyaları, kostyumları, rekvizitləri görə biləcəklər.

Ekspozisiyası ABŞ və Yaponiya şirkətləri tərəfindən hazırlanacaq park avqustun sonlarında bağlanması planlaşdırılan Tosimaen əyləncə mərkəzində yaradılacaq.

Qeyd edək ki, sözügedən parkıdan daha biri Böyük Britaniyada da var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin