Prezident sərhədçilərə fəxri adlar və ali hərbi rütbələr verdi

10

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

yasamal.tv-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı hərbi qulluqçulara Azərbaycan Respublikasının fəxri adları verilsin:


“Əməkdar həkim”

Hacıyeva Tünzalə Əşir qızı – tibb xidməti polkovnik-leytenantı


“Əməkdar tibb işçisi”

Ələkbərzadə Rəna Kamil qızı – baş gizir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:


“general-leytenant” hərbi rütbəsi

general-mayor Araz Məmməd oğlu Məmmədov

general-mayor Firuz Böyükağa oğlu Şirin-zadə

general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyev

“general-mayor” hərbi rütbəsi

polkovnik Aqşin Ramiz oğlu Məhərrəmov

polkovnik Müzəffər Ələsgər oğlu Pirizadə.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin