“Barselona”nın keçmiş futbolçusu Luis Suares Miramontes Kataloniya klubunda Messinin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
yasamal.tv xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb.
O bildirib ki, Çempionlar Liqasında “Bavariya”ya 2:8 hesablı məğlubiyyət Messinin komandanı tərk etməsi üçün səbəb ola bilər.
“Burada körpəyə (Messi nəzərdə tutulur – red.) irad tutmaq olmaz, çünki belə vəziyyətdə deməyə söz yoxdur. Mən onun əsəbiləşib, getmək qərarına gələcəyi təhlükəsini görürəm”, – deyə keçmiş futbolçu bildirib.(oxu.az)