Avropa İttifaqının (Aİ) koronavirus pandemiyası ilə mübarizə üzrə karantin tədbirləri 3 trilyon avroya başa gəlib.
yasamal.tv trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
O bildirib ki, bu məbləğ iqtisadi böhranla mübarizə aparmaq üçün ayrılıb və Avropa İttifaqı ölkələrinə öz iqtisadiyyatlarına likvidlik əlavə etməyə icazə verilib.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ-nin pandemiya ilə mübarizəsində çoxlu sayda iqtisadi çətinlikləri yaranıb. Bununla belə, o əlavə edib ki, karantin tədbirləri mərhələli şəkildə və bütün üzv ölkələrin tam koordinasiyası ilə aradan qaldırılmalıdır.
Milli.Az