Bakıda oğurluq edən keçmiş məhkum tutulub.
yasamal.tv DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisində “KİA” markalı avtomobildən 1000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş T.Mehdiyev saxlanılıb.