“Qazprom”un qaz ixracından qazancı iki dəfə azalıb

10

“Qazprom”un 2020-ci ilin yanvar-iyun aylarında qaz ixracından əldə etdiyi gəlirlər 2019-cu ilin eyni dövrü ilə müqayisədə 51,2% azalaraq 11,3 milyard ABŞ dolları təşkil edib.

yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin materiallarında deyilir.

Hesabat dövrü ərzində fiziki qaz ixracı 17,8% azalaraq 91,1 milyard kubmetr təşkil edib.

O cümlədən iyun ayında qaz ixracı 13,8 milyard kubmetr (aylıq ifadədə 0.9% artım) təşkil edib. Bu isə cəmi 1,13 milyard (May ayından 13% az) ABŞ dolları qazanc deməkdir.

2019-cu ildə “Qazprom” xarici ölkələrə (Çin də daxil olmaqla) 199,2 milyard kubmetr qaz tədarük edib ki, bu da 2018-ci ilin rekord göstəricisindən 1,3% azdır. 2019-cu ildə qonşu ölkələrə ixrac 2,2% artaraq 37,7 milyard kubmetrə çatıb.

Qeyd edək ki, hazırda “Qazprom” Çinə qazı 2019-cu ilin dekabr ayında istismara verilən “Sibirin gücü” kəməri vasitəsilə ixrac edir. Bu kəmər vasitəsilə “Çayadinsk” yatağından hasil olunan qaz nəql olunur. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin