Tramp Livana yardım göstərəcək

9

ABŞ Livana əhəmiyyətli dərəcədə yardım göstərəcək.

yasamal.tv virtualaz.org-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Donald Tramp deyib.

ABŞ lideri Fransa Prezidenti Emmanuel Makron tərəfindən çağırılan Livana yardım qrupu liderlərinin iclasında iştirak edib.

“Bir çox ölkə kömək etməyə hazırlaşır”, – deyə Tramp əlavə edib.

ABŞ-ın nə qədər yardım ayıracağı ilə bağlı suala Ağ Ev rəhbəri “bu, əhəmiyyətli dərəcədə olacaq”, – deyə cavab verib.

O xatırladıb ki, ABŞ daha əvvəl kömək üçün Livana üç hərbi nəqliyyat təyyarəsi göndərib.

Qeyd edək ki, avqustun 4-də Beyrut dəniz limanının ərazisində güclü partlayış baş verib. Partlayış dalğası paytaxta böyük ziyan vurub. Məlumata görə, 158 nəfərin ölümü və 6 mindən çox insanın xəsarət alması ilə nəticələnən hadisəyə 2014-cü ildə gömrükdə müsadirə olunan və anbarda saxlanılan 2750 ton ammonium nitratının partlaması səbəb olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin