Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 4-də xalqa və ölkə parlamentinə müraciət edəcək.
yasamal.tv xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib.
Prezidentin sözçüsü bildirib ki, heç bir dəyişiklik nəzərdə tutulmayıb: “Planlaşdırıldığı kimi, avqustun 30-da parlamentin hər iki palatası sessiyalarını açıq elan edəcək. Növbəti gün isə dövlət başçısı parlamentə və xalqa müraciət edəcək”.
Qeyd edək ki, Belarusda prezident seçkisi avqustun 9-da keçiriləcək.