Bakıda maşın oğrusu tutuldu

10

İyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.

yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin