“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb

11

“Neftçi” daha bir transferini təqdim edib.

yasamal.tv-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı müdafiəçi Tallison Diazın “ağ-qaralar”ın formasını geyinəcəyi dəqiqləşib.

“Flaqman” sol cinah oyunçusunu da digər transferlər kimi, xüsusi videoçarx şəklində təqdim edib. “Quarani”dən gələn 29 yaşlı oyunçu paytaxt klubunda 91 nömrəli formanı geyinəcək. Onunla 2 illik müqavilə imzalanıb.

Tallison buna qədər 2018/19 mövsümündə Avropada legioner həyatı yaşayıb, Belçika “Sent-Truyden”inin şərəfini geyinib. Arxa xətt oyunçusu ölkəsi Braziliyanın ASA (2012-2014), “Flamenqo” (2015-2016), “Fortaleza” (2015), “Ferroviaria” (2016), “Seara” (2016-2017), “Red Bull Brasil” (2017), “Vitoria” (2017-2018), “Novorizontino” (2018) və “Quarani” (2019-2020) klublarında oynayıb.

Qeyd edək ki, “Neftçi” yay fasiləsində Tallisondan öncə Cabir Əmirli, Yusuf Laval, Sabir Buqrin və Rener Alves de Souzanı transfer edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin