Dünyada koronavirusdan sağalanların sayı 9 milyonu ötüb

11

Dünyada yeni növ koronavirusdan (COVID-19) müalicə olunan insanların sayı 9 milyonu keçib.

yasamal.tv-ın xəbərinə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Johns Hopkins Universitetinin məlumatında deyilir.

Universitetdən verilən məlumata görə, dünyada COVID-19 virusundan sağalanların sayı 9 043 203-ə çatıb, ölənlərin sayı isə 639 652 nəfər təşkil edib, ümumilikdə, dünya üzrə sözügedən virusa 15 736 499 nəfər yoluxub.

 

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya olduğunu elan edib.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin