
“İndi qocalar evinə tez-tez gedib-gəlirəm. Orada yaşlılar var ki, gənclər onları atıb. Bəziləri gəlib yoxlayır, bəziləri cana yığılıb, bezib. Bəziləri var ki, övladı xəstə kağızı düzəldib valideyni ora yerləşdirib”.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev “Space”də yayımlanan “Həyat, sevgi və göz yaşları” proqramında deyib. Kimsəsiz uşaq evində böyüyən aktyor göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, indi tez-tez qocalar evinə gedir:
“O cür valideynlər qarşısında diz çökürdüm. Ata, ana, mən sizi gecə-gündüz axtarmışam. Amma sizi imkanı olan canlı niyə bura qoyur? Niyə onlar valideyndən belə tez doyub? Axı valideyndən doymaq olmaz, heç vaxt. Bu da mənim qismətim idi”.
