
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dünyanın bir çox ölkələri toy məclislərinə qadağa qoyub.
yasamal.tv xəbər verir ki, bu gündən etibarən Gürcüstanda toy, yas və digər kütləvi məclislərin keçirilməsinə icazə verilib.
Tədbirlər açıq havada təşkil edilməli və hökumətin qiyacağı yeni qaydalara əməl edilməlidir. Tələblərdən biri də odur ki, məclislərdə qonaq sayı 100 nəfərdən çox olmamalıdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiyada toyların keçirilməsinə icazə verilmişdi.(axsam.az)
