Bakıda bıçaqlanma hadisəsi baş verib.
yasamal.tv xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəfail Nizami oğlu tanımadığı şəxs tərəfindən bıçaq zərbələri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
R. Əhmədov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. (report)