⚠️ Bakının Yasamal rayonu, Füzuli küçəsində öncədən mövcud olan və yeni yol təşkilindən sonra silinməyən yol nişanı sürücüləri çaşdırır.
➡️Bununla yanaşı, Ağa Nemətulla küçəsində bir müddət əvvəl ləğv edildiyi elan olunan dairə problemi də gün ərzində minlərlə sürücünün cərimələnməsinə səbəb olur.
Sürücülər mövcud vəziyyəti təsdiqləyiblər.
📣 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələyə münasibət bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilib və problem tezliklə həll olunacaq. Bu barədə Oxu.az yazır.