Fövqəladə Hallar Nazirliyinin məlumatı

12

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1 nəfərin liftdə və Nəsimi rayonu ərazisində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər azyaşlı xilas edilib, 1 nəfərin meyiti isə mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.