Malatyada 1-ci Türk Dünyası Gənclər Təşkilatlarının Həmrəylik və Qardaşlıq Qurultayı keçiriləcək

24

28-30 iyul 2024 tarixində Türk Dünyası Həmrəylik və Qardaşlıq Alliansının üzvləri – “Əbədi Birlik” Gənclər İctimai Birliyi və “Gençlik ve Eğitim Derneği”-nin birgə təşkilatçılığı, Альянс Студентов Казахстана, Dünya Kırım Tatar Derneği, Kerkük Kültür Derneği, Dünya İletişimciler Derneği və Kıbrıs Türk Medya İletişim Derneğinin tərəfdaşlığı ilə Türkiyənin Malatya şəhərində 1-ci Türk Dünyası Gənclər Təşkilatlarının Həmrəylik və Qardaşlıq Qurultayı keçiriləcək.

Bloger.az xəbər verir ki, üç gün davam edəcək Qurultayda Türk Dünyasının bir sıra Gənclər Təşkilatları və Türkiyənin 25 şəhərindən qatılacaq İctimai Birlik sədrləri və nümayəndələri iştirak edəcək.

Turan ellər var olsun!