Çinin Siçuan əyalətinin Ziqonq şəhərindəki ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 16 nəfər çatıb.
Bloger.az xəbər verir ki, yanğın zamanı şəhərin yüksək texnologiyalı zonasında yerləşən 14 mərtəbəli binada 75 nəfər olub, onların əksəriyyəti təxliyə edilib.
İlkin araşdırmanın nəticələrinə görə, yanğına səbəb tikinti işləri zamanı yol verilən pozuntular olub.