Sumqayıtda dənizdə batan qadının meyiti tapılıb

18

Ötən gün Xəzər dənizinin “Sumqayıt bulvarı” ərazisindən keçən hissəsində batan qadının meyiti tapılıb.

Bloger.az xəbər verir ki, araşdırmalarla meyitin 1962-ci il təvəllüdlü Şərahət Əsəd qızı Şöyübovaya aid olduğu müəyyənləşib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin səbəbi araşdırılır.