Türkiyədə əkin sahəsində yanğın: 5 ölü, 44 yaralı

17

Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub.

Bloger.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Əraziyə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.