Zelenski İsveçdə təhlükəsizlik təminatı ilə bağlı üç saziş imzalayacaq

15

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün İsveçin paytaxtına səfər edib.

Bloger.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” telekanalı V.Zelenskinin teleqram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, bu gün təhlükəsizlik təminatı ilə bağlı üç sazişin imzalanması planlaşdırılır.

Prezidentin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri, Silahlı Qüvvələri silahla təmin etmək və s. Ukraynanın əsas prioritetləridir.

V.Zelenski İsveçin Baş naziri Ulf Kristersson, Finlandiya Prezidenti Aleksandr Stubb, Danimarkanın Baş naziri Mette Frederiksen, Norveçin Baş naziri Jonas Qahr Styore və İslandiyanın Baş naziri Byarni Benediktsson ilə görüşəcəyini bildirib.

Ukrayna Prezidenti İsveç Kralı XVI Karl Qustav və müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşəcək.