Türkiyədə koronavirus müalicəsi pulsuz oldu

20

Türkiyədə koronavirusa yoluxan bütün vətəndaşlar pulsuz müalicə ediləcək.

yasamal.tv xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Qərara əsasən, bundan sonra xəstəxanaya yerləşdirilən şəxslərin sosial sığortasının olub-olmadığına baxılmayacaq.

Qeyd edək ki, bu günə qədər Türkiyədə koronavirusa 61049 yoluxma faktı qeydə alınıb.

Virusdan ölənlər 1296, sağalanlar isə 3957 nəfərdir.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin