Karantin rejimi necə ləğv edilməlidir? – ÜST açıqladı

21

“Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər, karantin qaydaları mərhələli şəkildə götürülməlidir”.

yasamal.tv axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib.

“COVİD-19 sürətlə yayılır, sağalmaların sayı isə olduqca ləngiyir. Bu onu göstərir ki, koronavirusla bağlı tətbiq edilən qadağalar mərhələli şəkildə ləğv edilməlidir. Hamısını eyni anda ləğv etmək olmaz. COVİD-19-un sürətlə yayıldığını və ölümcül olduğunu bilirik. 2009-cu ildəki qrip virusundan onqat öldürücüdür”, – deyə ÜST rəhbəri bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin