
“Əbədi Birlik” GİB sədri Şahin Əliyev Şimali Kipr Türk Respublikasının Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə görüşüb.
Mrb.az xəbər verir ki, görüş zamanı Əbədi Birlik GİB-in Şimali Kipr ilə bağlı keçirdiyi və keçirəcəyi layihələrdən, Türk dünyası birliyindən söhbət açılıb.
Şahin Əliyev Cümhuriyyət Məclisinin sədri Zorlu Töreyə “Şərəfli Xidmət” və şəxsi katibi İrem Uyguna “Xidmət” mükafatını və müəllifi olduğu “İlhamlı Zəfər – 20” və “Kıbrıs – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını təqdim edib. Zorlu Töre Azərbaycanda fəaliyyət göstərən Turan Musiqi Qrupunun fəxri üzvü seçilib.
Cümhuriyyət Məclisinin sədri Zorlu Töre isə Şahin Əliyevə Şimali Kipr Türk Respublikasını anlatan Cümhuriyyət Məclisinə aid hədiyyələr təqdim edib.
Şahin Əliyev qonaqpərvərliyi üçün Cümhuriyyət Məclisinin sədri Zorlu Töreyə və komandasına xüsusi təşəkkürünü bildirib.








