Sabirabadda ağır yol qəzası: ölən və yaralanlar var

10

Sabirabadda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Belə ki, “Shagman” yük maşını ilə “Toyota Prado” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər – Hüseynov Azər Şakir oğlu və Nigar Məmmədova ölüb. Qeyd edək ki, qəzada ölən A.Hüseynov Sabirabad rayon Mədəniyyət evinin əməkdaşıdır.

Qəza zamanı xəsarət alan daha 2 nəfər – Zəhra Məmmədova və Vüsalə Məmmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar qəzada ölən N.Məmmədovanın övladlarıdır.

Faktla bağlı araşdırma aparılır.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin