Paşinyan: “Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün şərait yarada bilər”

13

“Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər”.

Mrb.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsi məhz Azərbaycan faktoru ilə bağlıdır.

Qeyd edək ki, son zamanlar Bakı ilə İrəvan arasında sülh müqaviləsi istiqamətində addımlar intensivləşib.