
Türk Hava Yolları noyabrın 18-nə nəzərdə tutulmuş 40 reysi ləğv edib.
Mrb.az xəbər verir ki, bu barədə Türk Hava Yollarının mətbuat xidmətindən bildirilib.
Buna səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.
Sərnişinlərdən internet vasitəsilə uçuşlarını nəzərdən keçirmələri xahiş olunub.