Qiymətli metallardan hazırlanan məhsul idxalı daha 3 il aksiz vergisindən azad edilir

14

Azərbaycanda qızıl, paltin və almazdan hazırlanan məhsulların idxalının aksiz vergisindən azad edilməsi müddəti 3 il uzadılır.

Mrb.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ölkədə idxal olunan qızıl və platindən hazırlanan zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 2021-ci il yanvarın 1-dən 6 il müddətinə aksiz vergisindən azad ediləcək.