Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.
yasamal.tv-ın məlumatına görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. “UAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(apa)