
İsraildə azərbaycanəsilli hərbçi həlak olub.
Mrb.az xəbər verir ki, “Baku TV”nin məlumatına görə, İsrail ordusunun zabiti, Azərbaycanın Sumqayıt şəhərindən olan 36 yaşlı Emin Axundov Beer-Şeva şəhərində gedən döyüşlərdə həyatını itirib.
Emin Axundovun valideynləri, bacısı, həyat yoldaşı və iki övladı qalıb.
Dəfn mərasimi Beer-Şeva hərbi qəbiristanlığında baş tutub.