Tiktok ödənişli abunə sisteminə keçir

10

Tiktok sosial şəbəkəsinin rəhbərliyi aylıq abunələri sınaqdan keçirməyə başlayır.

Mrb.az bildirir ki, premium giriş sınaq zamanı 4,99 dollara başa gələcək. Ödəniş edən istifadəçilər tiktok videolarına reklamsız baxa biləcəklər.

Abunəliyi olan istifadəçilərin başqa hansı üstünlükləri əldə edəcəyi isə hələlik açıqlanmayıb.