Ev Blog Səhifə 3209

Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var – İsa Həbibbəyli

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyun ayı üçün yeni məlumatlarında beynəlxalq və yerli aviareyslərin açılacağı haqqındakı məlumatlar xalqımızda koronavirusla mübarizdən çıxmaqda olduğumuza dair böyük inam və ümid yaradır.

yasamal.tv xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib.

 

Deputatın sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının əhalisi Operativ Qərargahın Bakı-Naxçıvan aviareysinin açılacağı haqqındakı məlumatını böyük razılıq hissi ilə qarşılayırlar.

 

“Uzun illərdən bəri çətin blokada şəraitində yaşamağın məsuliyyətli imtahanlarını vermiş Naxçıvan Muxtar Respublikasında paytaxtla aviareysin bərpa olunması pandemiya dövrünün yaratdığı əlavə çətinliklərdən qurtarmaq baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Muxtar respublikanın ölkəmizin paytaxtı ilə yeganə çıxış yolu olan hava nəqliyatından istifadəsinin bərpa olunması pandemiya dövrünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji problemlərin aradan qaldırılmasına əməli dəstəyin ifadəsi olacaqdır.

Hesab edirik ki, Bakı-Naxçıvan aviareyslərinin həftədə iki-üç dəfə uçuşunu təmin etməklə muxtar respublika ilə əlaqə baxımından yaranmış çətinliklərin aradan qaldırılması mümkün ola bilər.

Ümid edirik ki, Bakı-Naxçıvan aviareysinin açılması koronavirusla mübarizənin yaxın zamanlarda başa çatmaqda olmasının müjdəsinə çevriləcəkdir.

Ümumiyyətlə, gündəlik həyatımızın bütün sahələrində, o cümlədən beynəlxalq və yerli aviareyslərin açılması şəraitində koronavirusla mübarizənin tələblərinə tam əməl edilməsi xalqımızın daim diqqət mərkəzində olmalıdır”, – deyə İsa Həbibbəyli bildirib.

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

yasamal.tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273 411 test aparılıb.

Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

yasamal.tv xəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

yasamal.tv xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

“Qarabağ” 766 komanda arasında 12-ci oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 84 ölkənin çempionatında klublar və baş məşqçilərlə bağlı 2015-19-cu illəri əhatə edən araşdırma aparıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki,  araşdırmada ən çox və ən az baş məşqçi dəyişikliyi edən klubların reytinqi hazırlanıb.
Siyahıdakı 766 komandadan yalnız 30-unu son 5 ildə cəmi 1 mütəxəssəsis çalışdırıb. Onların arasında “Qarabağ” da yer alıb. Baş məşqçisi  Qurban Qurbanov olan Ağdam təmsilşisi rekordçular arasında oyun sayına görə 12-ci pillədə yer alıb.
Azərbaycan klubları arasında “Qarabağ”dan sonra, “Qəbələ” və “Sumqayıt” yüksək pillədə qərarlaşıb. Hər iki komanda 2015-2019-cu illərdə 4 baş məşqçinin xidmətindən yararlanıb. “Keşlə” 6, “Neftçi” isə 8 məşqçiyə güvənib.

İranlı nazir: “Türkiyə təklifimizi rədd etdi”

Türkiyə İran tərəfinin təklifini rədd edib.

yasamal.tv xəbər verir ki, bu bəyanatla İranın Neft naziri Bijan Namdar Zanqaneh çıxış edib. Nazir Tehrandakı yerli radioya açıqlamasında deyib ki, Ağrının Doğubəyazid qəsəbəsində, Türkiyə-İran mavi qaz boru xətində baş verən partlayışından sonra Tehran, xətti təmir etmək üçün Ankaraya təkliflərini təqdim edib.

Onun sözlərinə görə, rəsmi Ankara İranın mavi qaz boru xəttinin təmir etməsi təklifini rədd edib.

Xatırladaq ki, martın 31-də Ağrının Doğubəyazid hissəsində İran-Türkiyə qaz xəttində partlayış olub. İranın milli qaz şirkəti Türkiyə sərhədləri içərisində həyata keçirilən “terror hücumu” səbəbindən qaz axınını dayandırdığını elan etmişdi.(teleqraf.com)

Parklanma cərimələri fərqli şəkildə tətbiq edilməlidir

Dayanma-durma və parklanma ilə bağlı cərimələrin qayda pozuntusunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun tətbiq olunması məqsədəuyğun olar.

yasamal.tv xəbər verir ki, bunu “AVTO FM” radiosunun efirində qonaq olan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib: “Avtomobillərini iki və üç zolaqlı yolun ikinci və ya üçüncü cərgəsində, səkidə və ya piyada keçidinin üzərində park edən şəxslərə tətbiq olunan cərimə məbləği daha çox ola bilər. Çünki, avtomobilini üç zolaqlı yolun ilk zolağında park etmiş şəxs ilə avtomobilini səkidə, piyada keçidində və ya yolun üçüncü zolağında park etmiş sürücü arasında fərq böyükdür”.

Ekspert bildirdi ki, avtomobilini səkidə, piyada zolağında park etmiş sürücü orada hərəkət edən piyadaların hüquqlarını kobud şəkildə pozur: “Ümumiyyətlə, qayda pozuntusunun dərəcəsindən və yaranan təhlükəli vəziyyətin formasından asılı olaraq dayanma-durma və parklanma ilə bağlı fərqli cərimələrin tətbiqinə ehtiyac var”.(sfera.az)

“Azəriqaz” Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin evlərinə qaz çəkib

“Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramı münasibətilə sosial aksiya həyata keçirib.

“Report” bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, qurumun hesabına Bakı şəhərində, eləcə də Kürdəmir, Siyəzən, Ağcabədi, Goranboy və Salyan rayonlarında yaşayan bir neçə ailənin evinə uzun illərdən sonra qaz xətləri çəkilib, sayğaclar quraşdırılıb. Bu işlərin görülməsinə müvafiq rayonlar üzrə regional qaz istismarı idarələri, Bakı Regional Qaz İstismarı Departamenti və İstehsalat Birliyinin Təmir-tikinti İdarəsinin əməkdaşları cəlb olunublar.

 

Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib

yasamal.tv xəbər verir ki, araşdırmanın nəticəsinə görə, rəyi öyrənilənlərin 19%-i pandemiyanın onların həyatlarına çox təsir etdiyini, təqribən yarısı isə (48 %) pandemiyanın həyatlarına müəyyən təsirlərini hiss etdiklərini bildiriblər. Hər 3 respondentdən 1-i isə (33 %) pandemiyanın onların həyat tərzinə təsir etmədiyini deyib.

Əksəriyyətin fikrincə (56 %) karantin rejimi ilə bağlı yaranan ən böyük çətinlik onların adət etdikləri və sevdikləri məşğuliyyətləri həyata keçirmələrində yaranmış  məhdudiyyətlər olub. Pandemiya zamanı maddi vəziyyətinin pisləşdiyini bildirənlər 44% təşkil edib. Rəyi soruşulanların 31%-i bildirib ki, onların istifadə etdiyi mal və xidmətlər indi onlar üçün əlçatmazdır.

COVID-19 pandemiyasından sonra insanlar arasında münasibətlərin necə dəyişəcəyi ilə bağlı verdiyimiz sualımıza cavab olaraq əksəriyyət (41 %)  insanların daha çox özlərinə və yaxınlarına qayğı göstərəcəklərini bildiriblər.

Sorğuda iştirak etmiş respondentlərin 15%-i pandemiya dönəmində yaxınları ilə münasibətlərinin pisləşdiyini, 11% yaxşılaşdığını vurğulayıblar.

Sorğu 30 aprel – 3 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir. (Fed.az)

““Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır”

Mədəniyyət sahəsində bəzi şəxslərə fəxri adların verilməsi zaman-zaman əksəriyyətdə narazılıq yaradıb, prosesin düzgün şəkildə həyata keçirilmədiyi həmişə müzakirə mövzusu olub.

Əksər ölkələrdə fəxri adların olmadığını deyənlər Azərbaycanda da onların ləğvinə çağırırlar.

Bu çağırışlar xüsusilə son günlər eks-Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad edilməsi fonunda daha da aktuallaşıb. Bir çoxları iddia edirlər ki, məhz Əbülfəs Qarayevin dövründə fəxri adlar yaxınlıq, tanışlıq, rüşvət, tapşırıq, qohumbazlıq, yerlibazlıq kimi əsaslarla verilib.

Fəxri adları ləğv etmək mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa da fəxri adların ləğvini istəyənlərdəndir:

“Fəxri adların verilməsini yığışdırmaq lazımdır, amma bizdə bunu xəstəliyə çeviriblər. Ona görə də sənət arxa planda qalıb, hamını düşündürən odur ki, hansısa bir yolla ad alsın. Elə adam var ki, pulla fəxri ad alıb təqdimat edir. Bu məsələdə ölkə prezidentini də aldadanlar olur. Məsələn, elə adam var ki, toy müğənnisidir, onun “Xalq artisti” adı daşımasına haqqı yoxdur, amma yenə də bu adı alır. Yaxud da heç bir sənəti olmayan pop musiqiçisi “Əməkdar artist” adını alır. Bu isə mədəniyyət nümayəndələri arasında haqsız rəqabət yaradır. Əgər ad verilirsə, heç olmasa bunu şəffaf təşkil edib, subyektivliyi məsələdən uzaq tutsunlar. Cəmiyyətin öz dəyərləndirməsi var. Əgər kimsə əsl sənət adamıdırsa, cəmiyyət tərəfindən ona dəyər verilir. Amma kimsə qeyri-qanuni yolla ad alırsa, bu artıq toplum tərəfindən mənfi qarşılanır. Fəxri ad verilirsə, heç olmasa ona bu adın hansı səbəbdən verildiyi izah olunmalıdır”.

Deputat yeni təyin olunacaq Mədəniyyət nazirindən də çox şeyin aslı olduğunu qeyd edib:

“Əgər yeni təyin olunan nazir Əbülfəz Qarayevə rəhmət oxutduracaqsa, onda demək olmaz ki, fəxri adların verilməsində hər hansısa dəyişiklik olacaq. Ümid edək ki, vəzifəyə normal adam gələcək və bu prosesləri normal tənzimləyəcək. Çünki sənət adamları həssas adamlardır. Ona görə bayağı qiymətləndirmə məqbul sayılmır. Bütün hallarda yəqin ki, bu məsələlər nəzərə alınacaq”.

Xalq artisti, aktyor-rejissor Əbdül Mahmudov fəxri adların verilməsinin seçki yolu ilə olmasını təklif edir:

“Fəxri adların ləğv olunması məsələsini son dəfə bu adlar veriləndə kəskin şəkildə qaldırdım. Azərbaycanın nifrət etdiyi adama götürüb “Xalq artsti” adı verirlər, bu da söz-söhbətə səbəb olur. Amma təəssüf ki, bu məsələyə münasibət bildirəndə bircə nəfər mədəniyyət nümayəndəsi mənim yanımda olmadı. Hətta elələri oldu ki, mənimlə görüşəndə dedilər “nəyinə lazımdır, addır da verirlər”. Yəni mədəniyyət sahəsinin adamları arasında da bu məsələyə laqeyd münasibət var. “Xalq artisti” adı 50-60 yaşdan aşağı kimsəyə verilməli deyil. Şoumenlərə “Əməkdar artist” adı vermək olmaz, onlar üçün “əməkdar şoumen” adı təsis olunmalıdır. Çünki onlar xanəndə deyil ki, fəxri ad alalar. Bir də görürsən ki, Xan Şuşinskinin, Rübabə Muradovanın, Həqiqət Rzayevanın da aldığı ada layiq görülənlər lüt soyunub çıxırlar efirə. Azərbaycan xalqına bu yaraşmaz. Fəxri ad vermək üçün seçkilər təyin olunsun və demokratik şəkildə düzgün adamlara, xalq tərəfindən seçilən insanlara ad verilsin”.

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə fəxri ad anlayışının Sovet dövründən qalan mənasız bir tendensiya olduğunu diqqətə çatdırıb:

“Fəxri adlar sovet dövründən qalıb. Təəssüf ki, müstəqillik illərində biz bu mənfi tendensiyadan imtina edə bilmədik. Mən həmişə o fikirdə olmuşam ki, yaradıcı insana istedadına görə qiymət vermək lazımdır. Nizaminin, Füzulinin, Nəsiminin fəxri adı olmayıb. Onlar zəif şair olublar? Normal ölkələrin əksəriyyətində bu anlayış yoxdur. Bizimkilər Avropaya gedəndə yazıq tərcüməçi əcnəbilərə onların “Xalq şair”i, yaxud “Xalq artisti” olduğunu heç cür başa sala bilmirlər. Məncə, bu tendensiyadan qurtarmağın vaxtı çatıb. Təəssüf ki, Azərbaycanda fəxri adlardan qalxan kimi istifadə edənlər var. Səsi yoxdur, oxuya bilmir, səhnədə at kimi kişnəyir, üstəlik, repertuarı bərbaddır, tənqid edəndə də deyir ki, “mən Xalq artistiyəm, mənim əməyimi dövlət qiymətləndirib, sən kimsən ki, məni bəyənmirsən?”. Bir dəfə Space TV-də canlı efirdə meyxanaçı Pərviz Bülbüləni tənqid etdim. Verilişdən sonra mənə dedi ki, “sən yaxşı jurnalist olsaydın, ad verərdilər, sinəndən medal asardılar”. Onu başa sala bilmədim ki, mənim mükafatım tamaşaçı rəyidir, oxucu məhəbbətidir. Hesab edirəm ki, istedadlı adamlara dövlət deyil, xalq qiymət verməlidir. Rüşvət verib “Xalq artisti” adı alan adam bu adı daşısa da, istedadı yoxsa, heç vaxt xalqın artisti olmayacaq”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?