Ev Blog Səhifə 3208

Bakıda bağ evlərinin icarə qiymətləri artacaq

Bakı və Abşeron rayonu ərazisindəki bağ evlərinin icarə qiymətləri artacaq.

yasamal.tv bildirir ki, bunu Trend-ə açıqlamasında “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, insanlar xaricə istirahətə gedə bilmədiyi üçün, onlar daha çox yerli turizmdən faydalanacaqlar:

“Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda turizmlə bağlı problemlər var, ölkəyə turist axını dayanıb. Eyni zamanda ölkədən xaricə də yerli turistlərin gedişinə hələlik məhdudiyyətlər qoyulub. Belə olan təqdirdə daxili turizmdə inkişaf müşahidə olunacaq. Bunun da əsas istiqamətlərindən biri Bakı və Abşeron rayonu ərazisindəki bağ evlərinin icarə qiymətləridir. Adətən insanlar belə dövrlərdə dənizkənarına və ya turizm potensialı olan bölgələrə üz tuturlar. Bu halda təbii ki icarə qiymətlərində müəyyən artım olacaq”.

R.Osmanlı əlavə edib ki, son üç ay ərzində daşınmaz əmlak bazarında əməliyyatların dayanması prosesi gedib, ancaq buna baxmayaraq qiymətlərdə kəskin azalma müşahidə olunmur:

“Makroiqtisadi sabitliyin pozulması, bütün istiqamətlər üzrə iqtisadi aktivliyin azalması əmlak bazarına da təsirsiz ötüşməyib. Hazırda bazarda yalnız təklif qiymətləri müşahidə edilir. Obyektlərin üzərində əqd bağlanmadığına görə, faiz artımı və ya azalmanı tam müşahidə edə bilmirik. Hesab edirəm ki, qarşıdakı aylarda əqdlər qismən də olsa bərpa olunacaq və əməliyyatlar həyata keçirilək. Bundan sonra artıq biz qiymət dinamikasının hansı istiqamət və faizlər üzrə dəyişdiyini təyin edə biləcəyik”.

Acun dünya rekordunu qırdı

Türkiyəli tanınmış aparıcı Acun İlıcalı İnstaqram vasitəsilə dünya üzrə canlı yayım rekordunu qırıb.

yasamal.tv xəbər verir ki, bu gün Acun İlıcalı rəhbəri və aparıcısı olduğu “Survivor” yarışmasında özünün İnstaqram səhifəsindən açdığı canlı yayımını 3 milyondan artıq insan izləyib. Bu isə dünya rekordu deməkdir.

Bu günə qədər İnstaqramda ən çox canlı yayım izlənməsi 2 milyon olub.(musavat.com)

ÜST: Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər

Bəşəriyyət yalnız COVID-19-un yayılmasının birinci dalğasını yaşayır, pandemiyanın növbəti pik həddi tam ehtimal ediləndir.

“Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.

“İndi ikinci dalğadan narahat deyilik, biz birinci dalğanın düz ortasındayıq. Bu dalğada ikinci pik həddlə üzləşə bilərik. Belə hallar keçmişdəki pandemiyalarda da olurdu”, – Rayan deyib.

O, qeyd edib ki, yeni pik hədd Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada virusun aktiv şəkildə yayılması nəticəsində mümkündür.

ÜST rəsmisinin sözlərinə görə, xəstəliyin artımının müvəqqəti azalması bu tendensiyanın gələcəkdə qalıb-qalmayacağını aydınlaşdırmır.

Rayan həmçinin qeyd edib ki, dünya gələcəkdə pandemiyanın mövsümi qriplə üst-üstə düşə bilən ikinci dalğasına hazırlaşmalı olacaq.

Son məlumatlara görə, dünyada COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Kondisionerlər virus yayır? – Alimləri açıqladı

İspaniyalı alimlər koronavirusun kondisioner sistemləri vasitəsilə yayılması barədə yayılan iddiaların doğru olmadığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Redakion” yayıb. Məlumata görə, alimlər kondisionerlə virusun yayılma riskinin çox aşağı olduğunu bildirib.

Mütəxəssislər hesab edirlər ki, kondisioner sistemlərinin əksəriyyəti bütün lazımi şərtlərə uyğundur və bu, infeksiyanın yayılma riskini minimuma endirir.

Tədqiqatçılar, həmçinin, virusun kondisioner sistemində çoxalması barədə fərziyyələrin də doğru olmadığını bildirərək, bu prosesin insan hüceyrəsinə daxil olmadan reallaşmadığını qeyd edib.

İsraildə iyunun 14-dən bu qadağalar götürülür

İyunun 14-dən İsraildə qapalı məkanlarda teatr tamaşaları və konsertlərin keçirilməsinə icazə veriləcək.

yasamal.tv xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.

Bütün ziyarətçilər iki metrlik sosial məsafəyə, şəxsi gigiyena qaydalarına riayət etməli və mütləq maska taxmalı olacaqlar. Binanın girişində onların hərarəti ölçüləcək.

Tamaşalara və konsertlərə bilet satışı yalnız onlayn həyata keçiriləcək.

Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, zal 75%-dən çox doldurulmamalıdır.

Bütün teatr tamaşaları və konsertlər antraktsız keçiriləcək.(Qafqazinfo)

Bakı-Naxçıvan aviareysinin açılmasına ehtiyac var – İsa Həbibbəyli

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyun ayı üçün yeni məlumatlarında beynəlxalq və yerli aviareyslərin açılacağı haqqındakı məlumatlar xalqımızda koronavirusla mübarizdən çıxmaqda olduğumuza dair böyük inam və ümid yaradır.

yasamal.tv xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib.

 

Deputatın sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının əhalisi Operativ Qərargahın Bakı-Naxçıvan aviareysinin açılacağı haqqındakı məlumatını böyük razılıq hissi ilə qarşılayırlar.

 

“Uzun illərdən bəri çətin blokada şəraitində yaşamağın məsuliyyətli imtahanlarını vermiş Naxçıvan Muxtar Respublikasında paytaxtla aviareysin bərpa olunması pandemiya dövrünün yaratdığı əlavə çətinliklərdən qurtarmaq baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Muxtar respublikanın ölkəmizin paytaxtı ilə yeganə çıxış yolu olan hava nəqliyatından istifadəsinin bərpa olunması pandemiya dövrünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji problemlərin aradan qaldırılmasına əməli dəstəyin ifadəsi olacaqdır.

Hesab edirik ki, Bakı-Naxçıvan aviareyslərinin həftədə iki-üç dəfə uçuşunu təmin etməklə muxtar respublika ilə əlaqə baxımından yaranmış çətinliklərin aradan qaldırılması mümkün ola bilər.

Ümid edirik ki, Bakı-Naxçıvan aviareysinin açılması koronavirusla mübarizənin yaxın zamanlarda başa çatmaqda olmasının müjdəsinə çevriləcəkdir.

Ümumiyyətlə, gündəlik həyatımızın bütün sahələrində, o cümlədən beynəlxalq və yerli aviareyslərin açılması şəraitində koronavirusla mübarizənin tələblərinə tam əməl edilməsi xalqımızın daim diqqət mərkəzində olmalıdır”, – deyə İsa Həbibbəyli bildirib.

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

yasamal.tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273 411 test aparılıb.

Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

yasamal.tv xəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

İsveçrənin dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

yasamal.tv xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

“Qarabağ” 766 komanda arasında 12-ci oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 84 ölkənin çempionatında klublar və baş məşqçilərlə bağlı 2015-19-cu illəri əhatə edən araşdırma aparıb.
Fanat.Az qurumun saytına istinadən xəbər verir ki,  araşdırmada ən çox və ən az baş məşqçi dəyişikliyi edən klubların reytinqi hazırlanıb.
Siyahıdakı 766 komandadan yalnız 30-unu son 5 ildə cəmi 1 mütəxəssəsis çalışdırıb. Onların arasında “Qarabağ” da yer alıb. Baş məşqçisi  Qurban Qurbanov olan Ağdam təmsilşisi rekordçular arasında oyun sayına görə 12-ci pillədə yer alıb.
Azərbaycan klubları arasında “Qarabağ”dan sonra, “Qəbələ” və “Sumqayıt” yüksək pillədə qərarlaşıb. Hər iki komanda 2015-2019-cu illərdə 4 baş məşqçinin xidmətindən yararlanıb. “Keşlə” 6, “Neftçi” isə 8 məşqçiyə güvənib.
Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?