Ev Blog Səhifə 3206

Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər – FOTO

Rusiyanın zəngin adamları koronavirus pandemiyası dövründə sərvətlərini artırıblar.

“Report” “Forbes” jurnalına istinadən xəbər verir ki, COVID-19 pandemiyası dövründə Rusiyanın ən varlı adamları sərvətlərini 62 milyard ABŞ dolları artırıb. Hazırda onların 454 milyard ABŞ dolları var.

Rusiyalı milyarderlər arasında ilk yerlərdə olan “Nornikelya”-nın sahibi Vladimir Potaninin varidatı 19,6 milyard ABŞ dollarından 26,1 milyard ABŞ dollarına qədər artıb.

Vladimir Potanin

Potanindən sonra ikinci yerdə “Novateka”-nın sahibi Leonid Mixelson gəlir. O, pandemiya dövründə 5,4 milyard ABŞ dolları qazanıb. Hazırda onun sərvəti 22,5 milyard ABŞ dollarıdır.

Leonid Mixelson

“Seevrstal”-ın sahibi Aleksey Mordaşov 2,3 milyard ABŞ dolları (hazırda sərvəti 19,1 milyard ABŞ dollarıdır), “Lukoil”-in prezidenti Vahid Ələkbərov 5,6 milyard ABŞ dolları qazanıb ( hazırda onun sərvəti 20,8 milyard ABŞ dollarıdır).

Vahid Ələkbərov

Nəşrin bildirdiyinə görə, birjaların bərpası sayəsində Rusiyada milyarderlərinin sayı 99 nəfərdən 101 nəfərə yüksəlib.

Vatikanda muzeylər iyunun 1-dən açılacaq

Vatikanda muzeylər iyunun 1-dən etibarən yenidən ictimaiyyətə açılacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“3 aylıq fasilədən sonra iyunun 1-dən etibarən Vatikan muzeylərini ziyarət etmək yenidən mümkün olacaq”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, muzeylerə baş çəkmək öncədən sifariş edilmiş bilet əsasında olacaq. Muzeylərin iş saatı da uzadılacaq.

Martın 9-dan bəri Vatikanda muzeylər koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.

Qeyd edək ki, mayın 18-dən İtaliyada muzeylər tədricən öz fəaliyyətini bərpa etməyə başlayıb. Mayın 28-də Kolizeyin, iyunun 3-də isə Florensiyadakı məşhur Uffizi Qalareyasının açılacağı bildirilib. İyunun 3-də isə Aİ vətəndaşları, Şengen zonasına daxil olan ölkələrin və Böyük Britaniya vətəndaşlarının İtaliyaya girişinə icazə veriləcək.

Xatırladaq ki, İtaliya Avropa regionunda koronavirus pandemiyasından ən çox təsirlənən ölkələrdən biridir. Ölkədə indiyədək 229 mindən artıq şəxs COVID-19 virusuna yoluxub, 33 minə yaxın şəxs vəfat edib.

La Liqa matçlarında azarkeşlərin səsindən istifadə olunacaq

İspaniya La Liqası matçlarının yayımı zamanı azarkeş səslərindən istifadə ediləcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə “Mediapro” şirkətinin rəhbəri Xaume Roures məlumat verib.

O bildirib ki, La Liqa rəhbərliyi ilə oyunların yayım hüququna malik şirkət arasındakı razılığa əsasən, ekran qarşısında əyləşən tamaşaçıların matçın boş tribunalar önündə keçirildiyini hiss etməmələri üçün azarkeşlərin əvvəlki görüşlərdən səs-küyü və qışqırıqlarından istifadə ediləcək: “Cari mövsümün əvvəlki oyunlardakı azarkeşlərin səslərindən yararlanacaq, boşluğu doldurmağa çalışacağıq”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki aydan çoxdur dayandırılan İspaniya La Liqasının iyunun ortalarında bərpası planlaşdırılır.

Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb

Tovuzda yol qəzası zamanı piyadanı avtomobil vurub.

Milliyribuna.az-ın məlumatına görə, hadisə rayonun Qala Qapıları adlanan ərazisində (rayonun girişində) qeydə alınıb.

Avtoqəza zamanı “Lada Priora” markalı minik maşını Tovuz rayonunun Alakol kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Amil Elman oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.(apa)

‘Lə iləhə illəllah’ zikrinin təsir və bərəkətləri

Peyğəmbəri-Əkrəm (s) və Əhli-beytdən (ə) bir çox hədis və kəlamlar nəql olunub ki, hər birinin özünəməxsus yeri və qiyməti vardır. Amma deyə bilərik ki, bütün bu hədis və kəlamlar içərisində biz insanlara bəxş edilən ən gözəl hədiyyə və ən dəyərli töhfə bütün səmavi və ilahi maarifin əsli və həqiqətini özündə cəmləşdirən “lə iləhə illəllah” zikridir. Biz burada bu zikrin bəzi təsir və bərəkətlərinə işarə etmək istəyirik ki, bu dəyərli töhfənin qədrini bilək:

1. Allahın ən möhkəm qalası:

İmam Rza (ə) buyurur: Atam Musa mənə babam Cəfərdən, o da Muhəmməddən, o da Əlidən, o da Hüseyndən, o da Əli ibn Əbu Talibdən, o da Peyğəmbəri-Əkrəmdən (s), o da Cəbraildən, o da Allah-Taaladan belə nəql edib:

لا إلهَ إلاَّ اللّه حِصني، فَمَن دَخَلَ حِصني أمِنَ مِن عَذابي

“Lə ilahə illəllah mənim hasarımdır və hasarıma daxil olan kəs əzabımdan amanda qalar.” (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.135, hədis 4.)

2. Ən gözəl ibadət:

Milli.Az maide.az-a istinadən bildirir ki, İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: “Ən gözəl ibadət “lə iləhə illəllah” zikridir.” (“Kafi”, c.2, səh.506.)

3. Ən üstün mükafat:

Ravi deyir ki, İmam Baqirdən (ə) belə eşitdim: “Heç bir zikrin savabı “lə iləhə illəllah” zikrinin savaqbına çatmaz, heç bir zikr onun yerini tutmaz və heç bir zikr onunla bərabər ola bilməz.” (“Kafi”, c.2, səh.516.)

4. “Lə iləhə illəllah” zikrinin savabı – Behiştdə bir ev:

Peyğəmbəri-Əkrəm (s) buyurur: “”Lə iləhə illəllah” deyən şəxsə Behiştdə qırmızı yaqutdan bir ağac əkilər və məhsulu da ağ müşk olar ki, baldan şirin, qardan ağdır və o, ən gözəl ətirdir.” (“Kafi”, c.2, səh.517.)

5. Allah dərgahında ən sevimli əməl:

Ravi deyir ki, İmam Baqir (ə) və yaxud İmam Sadiqdən (ə) belə eşitdim: “”Lə iləhə illəllah” və “Allahu-əkbər” – zikrlərini çox deyin. Çünki Allah dərgahında “lə iləhə illəllah” və “Allahu-əkbər”dən sevimli zikr yoxdur.” (“Kafi”, c.2, səh.506.)

6. Behiştin qiyməti:

Hədisdə var: “”Lə iləhə illəllah” və “Allahu-əkbər” – zikrləri Behiştin qiymətidir. Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur:

جاءَ أعرابِيٌّ إلَى النَّبِيِّ(ص) فَقالَ: يا رَسولَ اللّهِ، هَل لِلجَنَّةِ مِن ثَمَنٍ؟ قالَ: نَعَم. قالَ: ما ثَمَنُها؟ قالَ: لا إلهَ إلاَّ اللّهُ، يَقولُهَا العَبدُ الصّالِحُ مُخلِصًا بِها. قالَ: وما إخلاصُها؟ قالَ: العَمَلُ بِما بُعِثتُ بِهِ في حَقِّهِ، وحُبُّ أهلِ بَيتي.

Bir bədəvi ərəb Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu! Behiştin qiyməti varmı?” Həzrət buyurdu: “Bəli!” O dedi: “Qiyməti nədir?” Həzrət buyurdu: “Saleh bəndə xalis niyyətlə “lə iləhə illəllah” desin!” O dedi: “Necə xalis niyyət etməlidir? ” Həzrət buyurdu: “Buyruqlarıma əməl etməli və Əhli-beytimi sevməlidir.” (“Dəaimul-İslam”, c.1, səh.73.)

7. “Lə iləhə illəllah” deyənlərə Cəbrail-Əminin müjdəsi:

İmam Sadiq (ə) nəql edir ki, Cəbrail-Əmin Peyğəmbəri-Əkrəmə (s) buyurdu: “Xoş olsun sənin ardıcıllarından “lə iləhə illəllah, vəhdəhu, vəhdəhu, vəhdəhu” deyənlərin halına!” (“Kafi”, c.2, səh.517.)

8. Günahların kəffarəsi:

Ravi deyir ki, İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Hər kim gündə gün çıxmamış və gün batmamışdan qabaq on dəfə:

لا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لا شَرِیکَ لَهُ لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ یُحْیِی وَ یُمِیتُ وَ یُمِیتُ وَ یُحْیِی وَ هُوَ حَیٌّ لَا یَمُوتُ بِیَدِهِ الْخَیْرُ وَ هُوَ عَلى‏ کُلِّ شَیْ‏ءٍ قَدِیرٌ

(Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun lə yəmutu, biyədihil-xəyr və huvə ələ kulli şəy`in qədir) – deyərsə, həmin günün günahlarının kəffarəsi hesablanar.” (“Kafi”, c.2, səh.518.) (Milli.az)

Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi

Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İsmayıl Hakkı Karadayı vəfat edib.

Azvision.az -ın məlumatına görə, 88 yaşlı ordu generalı İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Onun bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya yerləşdirildiyi bildirilir. Generalın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, İsmail Hakkı Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub.

Makron İlham Əliyevə məktub göndərdi

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

yasamal.tv xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Ölkələrimizin COVID-19-la mübarizəni davam etdirdiyi, vətəndaşlarımızın həyatı və rifahı üçün onun mənfi nəticələrinin məhdudlaşdırılmasına çalışdığımız bir dönəmdə milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.

Bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnunam. Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir.

Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir. Yüksək diqqət və qayğısına görə şəxsən Birinci vitse-prezidentə borclu olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) artan uğuru, əlbətdə buna bariz nümunədir.

Cənab Prezident, icazə verin, Minsk qrupunun həmsədri Fransanın adından, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin “müharibə xəstəliyi” adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz.

Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Deputatların maaşlarının məbləği AÇIQLANDI

Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, parlamentin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

yasamal.tv xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, parlament sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis sədrinin müavini – 85 faizi (2103,75 manat) məbləğində maaş alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi (1980 manat), komissiya sədrinin müavini – 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə spikerin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq vəzifə maaşı alır.

“Bundan əlavə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”, – deyə məlumatda bildirilib./Oxu.az/

Deputat köməkçilərinin maaşı AÇIQLANDI

Azərbaycan Respublikası Milli Məclisinin deputatının köməkçisinin maaşı açıqlanıb.

yasamal.tv xəbər verir ki, bununla bağlı Report-a Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova açıqlama verib.

Şöbə müdiri bildirib ki, deputat köməkçiləri ayda 1 200 manat maaş alırlar.

Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Almaniyada səfirlərlə keçirdiyi videokonfrans zamanı “gözümüzün qarşısında Amerika dövrü bitir və Asiya dövrü başlayır”- fikrini səsləndirib.

Modern.az xəbər verir ki, çıxışı zamanı o, Asiyanın getdikcə  iqtisadiyyat, təhlükəsizlik və texnologiyalar sahəsində daha əhəmiyyətli rol oynayacağını bildirib. Diplomat analitiklərin bunu çoxdan proqnozlaşdırdığını, koronovirusun isə bu prosesi daha da süətləndirdiyini deyib.

“XX əsr Amerika əsri oldu, əgər XXI əsr Asiya əsri olarsa, onda pandemiya bu prosesin baş verməsində həlledici rol oyanamaqla yadda qalacaq” – Borrel vurğulayıb. Avropalı diplomat Vaşinqton və Pekin arasındakı rəqabətin çoxşahəli sistemi iflic vəziyyətinə saldığını, həm də beynəlxalq təşkilatlarda veto və fikir ayrılıqlarının artmasına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya getdikcə daha da rəqəmsallaşır və onu idarə etmək asanlaşır. Əsas məsələ kimin rəqəmsal şəbəkəni tənzimləməsi və standartları müəyyən etməsidir. Jozep Borrel hesab edir ki, dünyada sərbəstlik, firavanlıq azala, bərabərsizlik, parçalanma arta bilər.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?