Ev Blog Səhifə 3205

Şəkidə keçmiş məhkumdan narkotik vasitə götürüldü

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Rafiq Əsədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 0,102 qr narkotik vasitə olan heroin və 365 qr qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi müəyyənləşdirilib

Azərbaycanda it döyüşləri təşkil edən şəxslərin kimliyi müəyyənləşdirilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı hazırda araşdırmalar davam etdirilir:

“Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir”.

E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.

Qeyd edək ki, Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb. Yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər. Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Ekspert: “Kommunal ödəmələrlə bağlı qapılara getməyə gərək yoxdur”

Ötən gün Masallı rayonunun Yeddioymaq kəndində “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Yayılan xəbərdə bildirilir ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişıq”ın əməkdaşlarına atəş açılıb.

Qeyd edilir ki, nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib ki, hadisə şəxsi zəmində baş verib və əməkdaşlar  heç də elektrik xəttini kəsməyə getməyiblər.

Bütün hallarda kommunal xidmət nəzarətçiləri ilə vətəndaşlar arasında konfliktlər barədə müxtəlif vaxtlarda mediada məlumatlara rast gəlinir. Kommunal ödəmələrə görə vətəndaşla nəzarətçilərin, müfəttişlərin canlı kontaktı olmasa yaxşı deyilmi? Birinicisi, işıq pulunu online ödəmək mümkündür. İkincisi də, borcu yaranan vətəndaşı başqa inzibati yollarla buna vadar etmək olar – məhkəmə, maaşından çıxmaq, pensiyasından tutmaq və sairə.

Musavat.com-a danışan ekspert Nüsrət Qasımov bildirib ki, əslində hazırkı dövrdə nəzarətçilərin qapılara getməsinə lüzum yoxdur:

“Həmin şəxslərin evlərə getmələrinə gərək yoxdur. Üstəlik də 3 nəfər birdən gedib, xəbərlərdə yazılanlara görə ödənişi tələb ediblər. Bəyəm 1 nəfər bəs etmirdi? Nəzərə almaq lazımdır ki, karantinlə bağlı insanların əsəbləri əvvəlki kimi deyil. Əgər sakinin abonentin borcu vardısa, bildiriş göndərilməli idi ki, 3 gün ərzində ödəniş edilməsə, işığınız kəsiləcək. Göndərilən bildirişdən də 1 ay sonra hərəkət etmək olar. Bəlkə şəxs xəstədir və ya heç evdə yoxdur? Hər halda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Məmurlar vətəndaşın əsəbi ilə oynamalı deyil. Hazırda elə dövrdür ki, insanlar bir-birilərinə kömək edirlər. Kommunal ödəmələrlə bağlı vətəndaşın qapısına getməyə gərək yoxdur. Mən düşünürəm ki, bu şəxslər adamın hövsələdən çıxması üçün şərait yaradıblar. Nəticədə də bu cür bədbəxt hadisə baş verib. Doğrudur, həmin adam da əlini odlu silaha atmalı deyildi. Ancaq yenə də buna şərait yaratmaq olmazdı”.

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ukrayna Prezidenti koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.

Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanda daha 165 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mibildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.

Qorxunc kabusa çevrilmiş qəzalı binaların aqibəti: Problemi necə həll etməli?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev yazır…

Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən, 2016-ci ildən etibarən istismar müddətini bitirən və qəzalı hesab olunan çox sayda köhnə tikili yaşayış binaları sökülərək, yeniləri ilə əvəzləndi. Bu proses tikinti sahəsində ciddi canlanma yaratmaqla yanaşı, əmlak sahiblərinin də sevincinə səbəb olur. Köhnə binalarda yaşayan sakinlərin mənzilləri yeni binalardan tam təmirli və daha geniş mənzillərlə əvəzləndi və əmlaklarının dəyəri iki dəfəyə qədər yüksəldi. Lakin bu sahəyə nəzarətin düzgün aparılmaması və gedişat paytaxtda ciddi problemlər yaradıb.

Belə ki, sürətlə davam edən söküntü və tikinti işlərinin əksəriyyəti bəzən normativlərə uyğun aparılmırdı. Hətta bir çox ərazilərdə qəzalı binalardan fərqli olaraq, nisbətən sağlam olan binalar sökülür və yerində göydələnlər ucaldılır. Səbəb isə həmin binaların yerinin əlverişli, ərazilərinin isə geniş olmasıdır.

Lakin tikintilərə icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura İdarəsinə veriləndən sonra pilot layihələrin inşasında ciddi səngimələr müşahidə olundu. Komitə paytaxtın baş planının pozulmaması üçün tikinti normativlərinin şərtlərində ciddi sərtləşmə tətbiq etdi. Bu addım paytaxtdakı baş planın qorunması, binalar arası məsafələr, yaşıllıq ərazilərin genişlənməsi və digər problemlərdən qorunmaq üçün mükəmməl bir seçim idi. Lakin tətbiq olunan normativlərlə pilot layihələri davam etdirmək tikinti şirkətləri üçün əlverişli olmaması nəticəsində istismar müddətini bitirmiş qəzalı binaların yenilənməsi prosesində ciddi səngimələr müşahidə olundu. Bu isə gələcəkdə daha ciddi problemlərin yaranmasına yol aça bilər.

Bu gün xüsusən də paytaxt Bakıda istismar müddətini bitirmiş binaların əksəriyyəti müəyyən səbəblərdən dolayı daha ciddi təhlükə mənbəyinə çevrilib. Köhnə binalara əlavə olunan artırmalar, binaların zirzəmilərinin qazılaraq obyektlərə çevrilməsi və yaxud zirzəmilərin çirkab suları ilə dolması, 1-ci mərtəbələrdəki daşıyıcı ana divarlarının dağıdılaraq iaişə obyektlərinə çevrilməsi həmin binaları daha ciddi təhlükə mənbəyinə çevirib. Bu cür binaların saylarının həddindən artıq çox olması onu deməyə əsas verir ki, söküntü və tikinti işləri sürətlə aparılmalıdır. Proses ləngiyərsə, hər an təhlükə ilə üz-üzə qala bilərik.

Bu proseslərin aparılmasında özəl tikinti şirkətlərinin müstəsna rolları var. Özəl tikinti şirkətləri sökür, tikinti işləri başa çatana qədər əmlak sahiblərinə kirayə pulu verir və inşaat işlərini bitirdikdən sonra mənzil sahiblərini geniş və təmirli mənzillərlə təmin edir. Lakin bu gün tələb olunan tikinti normativləri özəl tikinti şirkətlərinə pilot layihələri davam etdirmək üçün sərfəli deyil. Hətta bu normativlərlə pilot layihələrə başlayan şirkətlərin tikintidən zərərlə çıxmaları da mümkündür. Yüzlərlə istismar müddətini bitirmiş binaların yenilənməsi işlərinin dövlət tərəfindən aparılması isə iqtisadi baxımdan əlverişli deyil.

Tikinti normativləri şərtlərinin yumşaldılması həm pilot layihələrin davamlı olması, həm də digər özəl tikinti şirkətlərinin fəaliyyətləri və tikdikləri binalardakı mənzillərin satış qiymətlərinin stabil qalması ücün qənaətbəxş olardı.

Unutmayaq ki, tikinti sektoru ölkə iqtisadiyyatının ən öndə gedən və iqtisadiyyatı ayaqda tutan sektorlarından biridir. Böyük tikintilərin fəaliyyəti yeni iş yerləri, inşaat materiallarının satışı və bu sahəyə aidiyyatı olan digər sahələri ayaqda tutur. Tikinti və əmlak sahəsi həmçinin ölkəmizə digər ölkələrdən də valyuta axınına səbəb olur.

yasamal.tv

Bakıda “Jara” festivalı keçiriləcək

Xalq artisti Emin Ağalarov “Jara” beynəlxalq festivalı barədə açıqlama yayıb.

Kult.az xəbər verir ki, o, tədbirin keçirilmə vaxtı barədə yazıb.

Bildirilib ki, festival 29 iyul- 2 avqust tarixində reallaşacaq. Festivalın ilk günü açılış olacaq və bu ilin super hitləri Bakı səhnəsində səsləndiriləcək. 30 iyul tarixində 90-cu illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq.

İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq.

1 avqust tarixi beynəlxalq gün elan olunacaq və sənətçilər bu mövzuda səhnədə yer alacaq. Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.

Qeyd edək ki, virusla bağlı təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə gecə avqustun sonunadək təxirə salınacaq.

Çimərlik və su istirahət mərkəzləri üçün göstərişlər təsdiqləndi

Çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.

Axşam.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat yayımlanıb. Bildirilir ki, sənəd çimərliklər, üzgüçülük hovuzları və akvaparklarda əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Belə ki, üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməlidir;

Simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalıdır;

Fiziki məsafənin qorunması məqsədilə təmin edilir: çətirlərin oxlarının arasında minimal məsafə 4 m; o İnsanlar arası fiziki məsafə 2m (ailə üzvləri istisna olmaqla);

Mümkün olan ərazilərdə, döşəmədə işarələrin yerləşdirilməsi.

Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyinin artırılması;

Hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması;

Vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməsi;

Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi; • Hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;
Hovuz və akvaparkların əməkdaşlarının yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə)təmin olunması.

“Xəstə olduğumu qəbul etdim” – İrem Derici

Türkiyəli məşhur müğənni İrem Derici jurnallarda birinə müsahibəsi zamanı üç il əvvəl 40 kiloqrama qədər arıqlayaraq reanimasiyaya düşməsi barədə danışıb.

Axşam.az xəbər verir ki, anoreksiyadan əziyyət çəkən müğənni çətin anlar yaşadığını bildirib:

“Vəziyyətim pisləşəndə bunu özümə etiraf edə bilməmişdim. Məsələn, anoreksiya olduğum müddətdə çubuq kimi gəzirdim, ancaq özümü dünyanın ən gözəl insanı zənn edirdim. O dövrdə çox gözəl olduğumu iddia edirdim. Müalicədən sonra özümə gəldim və xəstə olduğumu qəbul etdim”.

Çiçəklər insan beynini müalicə edir

Çiçəklər haqqında alimlər maraqlı bir fakt üzə çıxarıblar.
Sən demə onlar estetik zövq
predmeti deyil.Güllər insan beynin müalicəsində əvəzsiz rol oynayir.Çin alimlərin sözlərinə görə nərgiz,novruzgülü,zəfəran,lavanda kimi çiçəklər bir sıra müalicə xassələrə malikdir.
NOVRUZGÜLÜ
Belə ki novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə eləcə də qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır.Bu maddə orqanizimdə asetilxolinin qatılığını artırır.
NƏRGİZ
Qalantamin nərgizin tərkibində də mövcuddur.Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik oldugu guman edilir.Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə mezakirə edilir.
ZƏFƏRAN
Sidneydən olan alimlər müəyyən etmişlər ki ,zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir.
LAVANDA
Lavanda isə qorxunu aradan qaldırır yuxusuzluqdan xilas edir eləcə də ağrı və aqressivliyi azaldır.Eyni xususiyyətlərə südləyən gülüdə də malikdir . O həmdə beyin hüceyrələrini qocalmadan qoruyur.
Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?