Ev Blog Səhifə 3396

Atəşkəs 24 dəfə pozulub

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Neft bahalaşır

OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair razılaşmasından sonra dünya bazarlarında “qara qızıl”ın qiyməti artıb.

yasamal.tv xəbər verir ki, bu gün səhər saatlarında neftin qiymətində 4 faizədək bahalaşma qeydə alınıb.

Belə ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 4,26% faiz artaraq 32,82 dollara, WTI markalı neftin bir bareli isə 4,92% bahalaşaraq 23,88 dollara satılır.

Qeyd edək ki, OPEC+ ölkələri bazar günü neft hasilatının azaldılmasına dair razılaşmanı təsdiqləyiblər. (azvision.az)

Sosial xidmət müəssisələrində çalışanların iş rejimi dəyişib

“Son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də yeni növ koronavirus infeksiyasının (COVID-19) geniş yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi üçün tətbiq edilən xüsusi karantin rejimi şəraitində sosial xidmət müəssisələrində yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının təmininə diqqətin daha da artırılması mühüm əhəmiyyət kəsb edir”.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, bu, Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin və yoluxma riski yüksək olduğuna görə yaşlı insanların yeni növ koronavirus infeksiyasından qorunması, onların sağlamlığının etibarlı qorunması üçün mütəmadi olaraq bütün sosial xidmət müəssisələrində sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir, virus əleyhinə dezinfeksiya işləri aparılır, bütün sakinlər mütəmadi olaraq müayinələrdən keçirilir, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatlar verilir.

Həmçinin vurğulanıb ki, xüsusi karantin rejimi dövründə sosial xidmət müəssisələrində çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb və onlar qurulmuş uzunmüddətli növbəli sistem əsasında fəaliyyət göstərirlər.

Honkonqda turistlərə robot xidmət göstərir

Süni intellektə sahib olan “Genie” adlı robot 432 otaqdan ibarət hoteldə xidmət edir.

Honkonqda hotelə gələn qonaqlarla əlaqəni minimuma endirmək üçün robot xidmət göstərməyə başlayıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ATOR” nəşri məlumat yayıb.

Belə ki, “L-hotel Group” hotellər şəbəkəsində yeni robot işçi fəaliyyətə başlayıb. Süni intellektə sahib olan “Genie” adlı robot 432 otaqdan ibarət hoteldə xidmət edir.

Qonaqlara, o cümlədən karantində olanlara yemək çatdırır. O, gün ərzində 130-150 sifariş yerinə yetirir.

Sifarişləri robot üçün insanlar hazırlayır və onun içindəki konteynerə yükləyirlər. Daha sonra sifariş verilən otağın nömrəsi daxil edilir. Bundan sonra robot özü hərəkət edir: lifti çağırır, düzgün otağı tapır, gəlişi ilə bağlı qonağı xəbərdar edir və sifariş alana qədər gözləyir.

Hər sifarişi yerinə yetirdikdən sonra robot dezinfeksiya edilir.

Honkonqda turizm sənayesi bərpa edildiyi üçün robotdan daha ikisi alınacaq. Qeyd olunub ki, robotların hər birinin dəyəri 100 min ABŞ dollarından çoxdur.

Abşeronda 5 minə yaxın sakinə ərzaq yardımı edilib

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejiminin tətbiq olunduğu dövrdə Abşeron rayonunda COVID-19 virusun yayılmasının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik tədbirlər davam etdirilir.

yasamal.tv xəbərinə görə, həmçinin xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə, şəhid, əlil ailələrinə yardımlar edilir. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyaya sahibkarlar da qoşulub. Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsini əhatə edən 5000-ə yaxın sakininə gündəlik istifadə olunan ərzaq yardımları edilib.

RİH əməkdaşlarının, icra nümayəndəliklərinin və bələdiyyə üzvlərinin, o cümlədən könüllülərin iştirakı ilə reallaşdırılan aksiya zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri onların diqqətinə çatdırılıb. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. (musavat.com)

“Formula 1″in sabiq pilotu vəfat etdi

Goodwood Revival 2011, Mercedes-Benz, Stirling Moss (300 SLR, W 196 S "658")
Goodwood Revival 2011, Mercedes-Benz, Stirling Moss (300 SLR, W 196 S “658”)

“Formula 1” üzrə dünya çempionatlarının mərhələ yarışlarının dəfələrlə qalibi olmuş britaniyalı pilot Stirlinq Moss 90 yaşında vəfat edib.

yasamal.tv-ın məlumatına görə, bu barədə keçmiş sürücünün həyat yoldaşı Süzi Moss “Daily Mail”ə açıqlamasında bildirib. “O, yaşadığı kimi də öldü. Öləndə də gözəl görünürdü. Sadəcə, sonda yoruldu, gözəl gözlərini yumdu. Vəssalam” deyə xanım Moss əlavə edib.

Qeyd edək ki, Stirlinq Moss “Formula 1″də 1951 – 1961-ci illərdə yarışıb. O, qatıldığı 67 Qran-prinin 16-dan qalib ayrılıb, 24 dəfə podiuma qalxıb. Karyerası ərzində çoxlu komanda dəyişmiş S.Moss hətta dəfələrlə mövsümün gedişində birindən digərinə keçib. Britaniyalı pilot “Mercedes”, “Mazerati”, “Lotus” “Vanuoll” və “Kuper” markalı boludlarda çıxış edərkən qalib olub.

S.Moss “Formula 1″in ən bəxtsiz sürücülərindən sayılır. O, dünya çempionatlarında 4 dəfə gümüş, 3 dəfə bürünc medal qazansa da, heç vaxt çempion ola bilməyib. Mərhum pilot “Le Manın 24 saatı” adlı dözümlülük yarışında da 10 dəfə start xəttinə çıxdığı halda, 2 dəfə finişə çatıb və elə 2-ci yerlə də kifayətlənib. Karyerası ərzində o, müxtəlif çempionatlarda 529 yarışın iştirakçısı olub və 212 qələbə qazanıb. (modern.az)

Şəmkirdə ailəsini yandıran kişinin oğlu xəstəxanada öldü

Şəmkir rayonunda yaşadığı evi içərisində olan ailə üzvləri ilə birgə yandıran şəxsin oğlu xəstəxanada ölüb.

yasamal.tv xəbər verir ki, altı gün əvvəl Şəmkir rayon Aşağı Seyfəli kəndində baş vermiş yanğın zamanı xəsarət alan, 1982-ci il təvəllüdlü Əkbər Vəli oğlu Vəliyev yerləşdirildiyi Bakı şəhərindəki xəstəxanaların birində göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Onun həyat yoldaşı və dörd yaşlı qızının vəziyyəti isə ağır olaraq qalır. Ə.Vəliyev Aşağı Seyfəli kəndində dəfn olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Aşağı Seyfəli kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Yaqubov ailə münaqişəsi zəminində içərisində ailə üzvlərinində olduğu 5 otaqdan ibarət evə od vuraraq yandırıb.

Nəticədə, həyat yoldaşı- Nüşabə Yaqubova, oğlu və gəlini Nərgiz Vəliyeva həmçinin 4 yaşlı Banu adlı nəvəsi yanıq xəsarətləri alıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

COVID-19: Avropanın sərhədləri sentyabradək bağlı qala bilər

Şengen ölkələrinin sərhədləri sentyabr ayına qədər bağlı qala bilər.

yasamal.tv azərtac-a istinadənxəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun sosial tərəfdaşlarla videokonfransı zamanı bu haqda danışdığını BFM televiziyası açıqlayıb.

Bildirilib ki, Şengen ölkələri mövcud sanitar böhrana görə sərhədlərin sentyabr ayına qədər bağlı qalmasını düşünürlər. Bütün ölkələrdə pandemiya eyni vaxtda başlamayıb. Çin karantin rejimindən çıxmağa başladığı halda, ABŞ-da hələ epidemiyanın pik dövrü başlamayıb. Eyni zamanda, Fransa Prezidenti diqqətə çatdırıb ki, epidemiyanın ikinci dalğası da mümküdür.

Qeyd edilib ki, Şengen ölkələrinin sərhədlərinin bağlanması avrozonada iqtisadiyyatın yenidən dirçəlməsini təşviq etmək üçün bir strategiya ola bilər.

Ekoloji Keçid naziri də fransızlara bu gün ölkədə və dünyada COVID-19 pandemiyası ilə bağlı mövcud qeyri-müəyyən vəziyyətin hökm sürdüyü vaxtda yay tətilində xaricə getmək üçün bilet almamağı tövsiyə edib.

Evdən işləyənlərin NƏZƏRİNƏ: “Hər 30 dəqiqədən bir…”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus koronavirusdan qorunmaq üçün insanları spirtli içkidən və siqaretdən imtina etməyə çağırıb.

yasamal.tv apa.az-a istinadən xəbər verir ki, ÜST rəhbəri daha çox idmanla məşğul olmağı məsləhət görüb: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.

Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır: “Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”.

“Arka sokaklar” yenidən yayıma başlayır

İllərdir yayımlanan “Arka sokaklar” serialı koronavirus səbəbi ilə çəkilişlərə fasilə vermişdi.

Millittribuna.az axşam.az-a istinadən xəbər verir ki, baş rollarını Zafer Ergin, Şevket Çoruh, Özgür Ozanın canlandırdığı ekran işi yenidən yayıma start verəcək.

Serialda az sayda köməkçi aktyorlar iştirak edəcək və çəkiliş olan ərazilər dezinkefsiya olunacaq.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?