Ev Blog Səhifə 3395

Qubada karantin rejimini pozan şəxslərdə narkotik aşkarlanıb

Qubada karantin rejimini pozan şəxslərdə narkotik vasitə də aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır. (apa)

Messi tibb işçilərinə təşəkkür edib

“Barselona” futbol klubunun argentinalı oyunçusu Lionel Messi koronavirus pandemiyası zamanı işləyən tibb işçilərinə təşəkkür edib.

yasamal.tv xəbər verir ki, bu barədə L.Messi öz “Twitter” səhifəsində yazıb.

Argentinalı futbolçu bildirib: “Dünən tibb işçilərinin günü idi. Mən UNİSEF ilə birlikdə onlara gördüklərə işlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Bizim koronavirusdan qorunmağımız üçün gecələri və gündüzləri ailələrindən uzaqda keçirən qəhrəmanlar”.

Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa 1,8 milyondan artıq insan yoluxub, 110 mindən artıq insan isə ölüb.

Zəncəfil qədər immuniteti gücləndirən vasitələr açıqlandı

Koronavirusun yayılmağa başladığı vaxtdan zəncəfilə olan tələbat kəskin artıb və nəticədə, bitkinin qiyməti bahalaşıb.

yasamal.tv xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq immuniteti gücləndirən digər vasitələr barədə məlumat verib.

Ekspert qeyd edib ki, zəncəfil orqanizmin müdafiəsini artıran və profilaktikasını həyata keçirən təsirli vasitə olsa da, yeganə məhsul deyil.

Onun fikrincə, soğan, sarımsaq, qırmızı turp, kələm bakteriyaları öldürən və inkişafına mane olan fitonsidlərlə zəngindir.

“Sarıkök, qarağat, qaragilə, mərcanı, moruq isə orqanizmdə iltihabı azaldan təsirli vasitələrdir”, – deyə M.Ginzburg əlavə edib. (Oxu.az)

Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir”.

yasamal.tv xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: “Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”. (report.az)

Ərdoğan Süleyman Soylunun istefasını qəbul etmədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

yasamal.tv xəbər verir ki, istefa məktubunu görən Ərdoğan Soylunun bu ərizəsini münasib hesab etmədiyi qeyd edib. “Daxili İşlər Nazirinin istefası qəbul olunmayıb, o, vəzifəsinin icrasına davam edəcək” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, DİN rəhbəri Türkiyənin 31 əyalətində iki günlük küçəyə çıxma qadağası qərarından sonra yaranan görüntülərə görə istefa verdiyini açıqlamışdı.  Prezident Ərdoğan üçüncü dəfədir ki, Süleyman Soylunun istefa qərarını geri çevirib.

Türkiyədə 48 saat qadağası bitib

Yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində Türkiyənin 31 əyalətində 48 saat küçəyə çıxmaq qadağası bu gecədən etibarən bitir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ümumilikdə 63 milyon 640 min nəfərin yaşadığı əyalətləri əhatə edən qərarı 24 min 88 nəfər pozub. Onlara qarşı inzibati tədbirlər görülüb.

Qadağa bitdikdən sonra əyalətlərdə bağlanan market və supermarketlər yenidən açılacaq.

Bununla belə, pandemiya səbəbindən küçələrə çıxmamaq tövsiyə edilib.

“Toya 14 minə gedirsiz, niyə camaata yardım etmirsiz?” – Rəqsanə

“Müğənnilərin əlinə şans düşüb. Biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnı oxumaq, konsert vermək vaxtıdı? Hamı bilir ki, bu xəstəlik yayılıb. Hamı evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir də… İnsanlara kömək edin”.

yasamal.tv xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova instaqramda canlı yayıma bağlanarkən qeyd edib.

Uzun illərdir Rusiyada yaşayan ifaçı həmkarlarının karantin rejimindəki fəaliyyətini tənqid edib. Rəqsanə qeyd edib ki, sənətçilər sosial yardıma ehtiyacı olanlara yardım göstərmirlər:

“14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiz. İndi niyə camaata yardım etmirsiz? Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.

Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Milyon nəfər var ki, toylarında çıxış etmisiz. Zəng vurmaq çətindir? Hələ çətin vəziyyətdə instaqramda yemək görüntüləri paylaşırsız. Ərzaq yardımı kənara qalsın, burada körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır”.

Qeyd edək ki, R. İsmayılova 893 ailəni ərzaq və qida ilə təmin edib. (qafqazinfo.az)

Fransada koronavirusdan 144 min insan ölüb

Fransa xəstəxanalarında COVID-19 epidemiyasından ölənlərin sayı azalmaqda davam edir.

yasamal.tv virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O, qeyd edib ki, son gün ərzində xəstəxanalarda koronavirusa yoluxanlar arasında 345 ölüm halı qeydə alınıb. Bu, 29 martdan qeydə alınan ən aşağı göstəricidir. Ən çox ölüm halı (605) bazar ertəsi qeydə alınıb.

Bu günədək Fransada COVID-19 epidemiyası nəticəsində xəstəxanalarda 9 253, qocalar evində 5 140 olmaqla, ümumilikdə 14 393 nəfər vəfat edib.

Son 24 saatda xəstəxanaların reanimasiya şöbələrinə 220 xəstə daxil olub, 255 xəstə isə tibb müəssisələrini tərk edib. Hazırda ölkədə reanimasiyalarda saxlanılan virus daşıyıcılarının ümumi sayı 6 845 nəfərdir.

Qeyd edək ki, Fransada bu günədək 95 403 nəfər koronavirusa yoluxub. Hazırda 31 826 nəfər koronavirus xəstəsi müalicə olunur.

Ölkədə virusdan sağalaraq evə buraxılanların sayı 27 186 nəfərə çatıb.

Abşeronda ata, oğul və qohumu bıçaqlandı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Nəsirli Cəmil Təvəkkül oğlu və övladı, 1998-ci il təvəllüdlü Nəsirli Zaur Cəmil oğlu, habelə onların yaxın qohumu, 1976-cı il təvəllüdlü Baxşəliyev Bürcəli Beydulla oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı C.Nəsirlinin və Z.Nəsirlinin döş qəfəslərində, B.Baxşəliyevin isə qarın boşluğunda daxilə nüfuz edən bıçaq yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat edilib.

Onlar qonşuluqda yaşayan şəxs tərəfindən bıçaqlandıqlarını bildiriblər.

Fakt araşdırılır.

Ekspert: “Qış gələndə hamı yenidən evdə oturmağa başlayacaq”

“Bütün dövlətlər yayda pandemiyanın öhdəsindən gələ bilməyəcəyi halda, noyabr ayında COVID-19-a yoluxmanın yeni dalğası başlaya bilər”.

Bu barədə “RİA Novosti” Şanxay xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Çjan Venhuna istinadən məlumat yayıb.

Çinli həkim bu yay ölkələrin koronavirusdan tamamilə qurtulmasının çətin olduğunu bildirib. Çünki virusun yayılması Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada da qeydə alınıb.

“Qış gələndə hər kəs yenidən evdə oturmağa başlayacaq”, – pandemiyanın ikinci dalğasının kiçikmiqyaslı olacağını bildirən Venhun deyib.

Bununla yanaşı, həkim qeyd edib ki, Afrika və Cənubi Amerika ölkələri üçün qarşıdakı qışı keçirmək çox çətin olacaq və dünyadakı epidemioloji vəziyyətə nəzarət məhz bu regionlardan asılıdır. (oxu.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?