Ev Blog Səhifə 3241

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,48% artaraq 1 barelə görə 29,33 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,99% artaraq 25,54 dollar təşkil edib.

Atəşkəs 27 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

“Vətəndaşlarda son vaxtlar arxayınçılıq yaranıb” – Deputat

“Son günlər ölkədə koronavirusa yoluxan xəstələrin sayında artım müşahidə olunur. Bunun yeganə səbəbi bəzi insanların qaydalara əməl etməməsidir”.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, koronavirusdan ölkəmizin zərər çəkməməsi, vətəndaşların xəstələnməməsi, əhalinin sağlamlığının və həyatının qorunması üçün dövlət tərəfindən maksimum səviyyədə işlər görülüb.

“Bu gün ölkəmizdə koronavirusla mübarizə yüksək səviyyədə aparılır. Azərbaycan bu tədbirləri ilə BMT və digər beynəlxalq təşkilatların koronavirusla mübarizəni yaxşı hesab etdiyi ölkələr sırasındadır. Bunu BMT-nin müvafiq qurumları, ÜST tərəfindən ölkəmizə, xalqımıza, Prezident İlham Əliyevə təşəkkürlərdə də görürük. Biz bununla fəxr etməliyik”.

Deputat, həmçinin bildirib ki, Azərbaycanda insanların sağlamlığının qorunması dövlət üçün prioritetdir.

“Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva bir neçə dəfə xalqa müraciət edib. Əgər Prezidentimiz və birinci xanım xalqımıza müraciət edirlərsə, problemin nə qədər ciddi olduğunu çatdırırlarsa, vətəndaşlar özlərini məsuliyyətli hiss etməlidirlər. Tələblərin hər biri yerinə yetirilməlidir. Vətəndaşlarımızda son vaxtlar arxayınçılıq yaranıb. Hesab edirəm ki, buna son qoyulmalıdır. Bu, koronavirusa yoluxanların sayının artmasına və ikinci dalğanın olmasına səbəb ola bilər”.

M.İbrahimqızı hesab edir ki, məsuliyyətsiz insanlar qaydalara əməl etmirlər: “Aprelin 1-ci on günlüyündən başlayaraq uğurlu nəticələr əldə olundu. Lakin insanları daim karantin rejimində saxlamaq mümkün olmayacaq. Ona görə karantin rejimi yumşaldılmağa başladı. Bundan sonra insanlarda bir növ soyuqqanlılıq, biganəlik, məsuliyyətsizlik baş qaldırdı. Onun nəticəsidir ki, xəstəliyə yoluxma halları artdı. Son günlərdə bu rəqəm yüksək olub. Ona görə ictimaiyyəti karantin qaydalarına, Operativ Qərargahın qəbul etdiyi tövsiyələrə əməl etməyə çağırırıq.

Koronavirusun Azərbaycanda və dünyanın digər yerlərində qarşısını almaq üçün məsuliyyət təkcə dövlətin üzərinə düşmür. Ölkəmizdə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma buna baxmayaraq, vətəndaşlar öz məsuliyyətini yetərincə başa düşmürlər. Bir daha hər kəsi, seçicilərimizi öz məsuliyyyətlərini dərk edərək, tövsiyələrinə əməl etməyə çağırıram”.

iPhone 12 Pro barəsində yeni məlumatlar verilib

iPhone 12 smartfon seriyasının təqdim olunmasına hələ çox zaman olmasına baxmayaraq həmin seriyaya daxil olacaq smartfonlar barəsində məlumatlar ortaya çıxmağa davam edir.

yasamal.tv xəbər verir ki, bu dəfə iPhone 12 barəsində yeni məlumatları EverythingApplePro adlı məşhur Youtube kanalı verib. Qeyd etmək lazımdır ki, bu il 4 ədəd yeni iPhone modelinin təqdim olunacağı gözlənilir. Onlardan ikisi iPhone 12 Pro modelləri olacaqlar. Beləliklə son məlumata əsasən sözügedən iki ədəd iPhone 12 Pro modeli 120 Hz-lik təsvir yenilənməli ekran ilə təchiz olunacaqlar.

EverythingApplePro adlı Youtube kanalının müəllifləri isə qeyd ediblər ki, iPhone 12 Pro modellərində vəziyyətə uyğun olaraq 60 Hz-lik təsvir yenilənməsi ilə 120 Hz-lik təsvir yenilənməsi arasında keçid etmək mümkün olacaq. Başqa sözlə desək, bu, iPad Pro modellərində istifadə olunan ProMotion texnologiyasıdır. Smartfonların əldə edəcəkləri daha bir yenilik isə kameralar ilə bağlıdır. Belə ki, məlumata əsasən yeni iPhone 12 Pro modellərinin kameraları 3 qat optik zoom özəlliyini əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, Apple şirkətinin iPhone modelləri son bir neçə ildir ki, 2 qat optik zoom özəlliyini istifadə edirlər. Bundan əlavə olaraq şirkət yeni iPhone modellərində yaxşı işıqlandırılmamış mühitdə çəkilən fotoların keyfiyyətlərinin yüksəldilməsi, avtofokusun işinin optimizasiya olunması və stabilizasiya sisteminin yaxşılaşdırılması ilə məşğul olacaq. Bununla yanaşı daha geniş bucaq görüntüsünə sahib olacaq yaxşılaşdırılmış Face ID texnologiyasının olacağı da gözlənilir.(milli.az)

Vəkillər arayış olmadan təcridxanalara buraxılacaq

Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVİD-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirələr nəticəsində öz müsbət həllini tapıb.

Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən, sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar.

Co Bayden seçki yarışında Trampı qabaqlayıb

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden seçki yarışında hazırkı prezident Donald Trampı qabaqlayıb.

yasamal.tv Trend-ə istinadən bildirir ki, bu barədə CNN telekanalı SSPTS şirkətinə istinadən bildirib.

Tədqiqata əsasən, C.Bayden qeydə alınmış seçicilərin 51 faizi tərəfindən dəstəklənir, 46 faizi D.Trampa üstünlük verir. Eyni zamanda, “döyüş meydanında” üstünlük D.Trampda qalır: onu 52 faiz dəstəkləyir.

Sorğuda 1112 respondentin iştirak etdiyi qeyd olunur.

Ən populyar və gəlirli mobil əlavə və oyunların reytinqi açıqlanıb

“App Annie” analitik şirkəti bu ilin aprelinin yekunları üzrə dünyada ən populyar və gəlirli mobil əlavə və oyunların reytinqini dərc edib.

yasamal.tv ictnews.az-a istinadən bildirir ki, hesabata görə, “TikTok” hazırda dünyada ən çox yüklənilən və gəlirli mobil proqramdır. Yükləmələrin sayına görə ikinci yerdə “Zoom” videokonfranslar servisi qərarlaşıb. Lakin gəlirlərə görə bu pilləni “Tinder” tanışlıq axtarışı əlavəsi tutur. Yükləmələrə görə üçüncü mövqedə “Facebook”, gəlirlərə görə “YouTube” yer alıb.

Aprel onluğuna “Google Classroom” distant təhsil əlavəsi, “Telegram” messenceri və “Hangouts Meet” videokonfranslar servisi daxildir. Sonuncu reytinqdə 26 pillə irəliləyib.

Oyunlara gəldikdə, onların ən populyarı sürətlə birinci yerə yüksələn “Save the Girl!”, “Gardenscapes” və “Ludo King” olub. Ən çox gəliri isə “League of Legends” oyununun Çin analoqu, eləcə də “Kings of Glory” kimi tanınan və Çindən kənarda “Arena of Valor” adı ilə buraxılan “Honor of Kings” qazanıb.

Analitiklər tərəfindən Çin bazarı üzrə statistika ayrıca təqdim olunub. Burada ən populyar əlavə “Tencent Meeting” audio və videokonfranslar servisi olub. Həmçinin oyunlar arasında “Princess Connect! Re:Dive” daha çox populyarlıq qazanıb.

Bakıda keçmiş kürəkən qayınatasını bıçaqladı

Bakıda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Cəfərov İlqar Xanhüseyn oğlu keçmiş kürəkəni tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

ANAMA Nardaranda silah-sursat aşkarlayıb

Ötən gün saat 20:21-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Dərya” bulağının yaxınlığında əl qumbarası və patronun tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin və Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 31 ədəd müxtəlif çaplı patronlar və ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mayk Rayan: Koronavirus heç vaxt yox ola bilməz

 

“Pandemiya dövrünün nə qədər davam edəcəyini kiminsə təxmin edə biləcəyini düşünmürəm. Koronavirus HİV kimi endemik hala gələ bilər”.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallar üzrə mütəxəssisi Mayk Rayan onlayn brifinqdə bildirib.

O, epidemiyanın qarşısının alınması üçün “kütləvi səy” tələb olunduğunu deyib: “Bunu müzakirə masasına çıxarmaq çox vacibdir: bu virus cəmiyyətdə başqa bir endemik virusa çevrilə bilər və bu virus heç vaxt yox ola bilməz”.

Rayan bu xəstəliyin yox olacağı tarix barədə kiminsə təxmin edə biləcəyini düşünmədiyini vurğulayıb: “Düşünürəm ki, virusun sona çatacağı ilə bağlı tarix yoxdur. Bu xəstəlik uzun bir problemə çevrilə bilər”.

UST mütəxəssisi yoluxmanın milli, regional və qlobal səviyyədə yüksək olduğunu söyləyərək riskin azaldılması üçün virusa qarşı çox əhəmiyyətli nəzarətin tələb olunduğunu qeyd edib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?