ABŞ Konqresi Ukraynaya 300 milyon dollar ayırdı

16

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollar yardımı təsdiqləyib.

Mrb.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşr bildirib ki, əvvəlcə Konqres belə yardımı Pentaqonun büdcə layihəsindən çıxarıb və onun ayrıca qanun layihəsi kimi həyata keçirilməsinə qərar verib, digər hallarda isə büdcəni qəbul etməkdən imtina ediblər.

Nəticədə Konqres Ukraynaya hərbi yardımın azaldılmasına dair düzəlişləri dəstəkləməyib və Ukrayna ilə bağlı ayrıca qanun layihəsi 311 səslə dəstəklənərək qəbul edilib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.