Azərbaycanda basketbol klubunun adı dəyişdirildi

16

2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirak edəcək NTD-nin adı dəyişdirilib.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, komanda NTD-INDIGO adlanacaq.

Klub artıq paytaxtı yox, Xaçmaz rayonunu təmsil edəcək və ev oyunlarını buradakı Olimpiya İdman Kompleksində keçirəcək.

Qeyd edək ki, NTD ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.