Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

19

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.

yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-dən 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, 379,9 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin