Snup Doqun İrəvandakı konserti təxirə salındı

12

Tanınmış amerikalı repçi Snup Doqun İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konserti son hadisələr fonunda təxirə salınıb.

yasamal.tv xəbər verir ki, bu vəziyyətdə yalnız amerikalı hip-hop ifaçısı qazanıb – pulunu alacaq, çıxış etmək isə lazım olmayacaq.

Erməni KİV hökumətin konsertin təşkili üçün 6 milyon dollar xərclədiyini bildirir.

Xatırladaq ki, bir müddət əvvəl S. Doq instaqram paylaşımında Azərbaycanın Qarabağ ərazisini Ermənistan ərazisi kimi təqdim etmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin