Avropanın daha iki ölkəsində futbol üzrə çempionlar müəyyənləşib.
yasamal.tv xəbər verir ki, Avstriyada “Zalsburq”, Yunanıstanda “Olimpiakos” vaxtından əvvəl çempion olublar.
“Zalsburq” ardıcıl yeddinci, ümumilikdə 14-cü çempionluğunu qazanıb. “Olimpiakos” isə üç mövsümlük fasilədən sonra 45-ci çempionluğunu bayram edib.
Qeyd edək ki, hər iki klub Azərbaycan çempionu “Qarabağ”ın da yarışacağı UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Lakin sözügedən ölkələrdən turnirə iki klub qatıldığından, çempionlar yarışa gec mərhələlərdə qoşulacaqlar.(oxu.az)