“Gmail”-ə yeni funksiya gəlir

21

“Google” “Gmail”ə reaksiya funksiyasını gətirməyi planlaşdırır.

yasamal.tv bildirir ki, bu funksiya mesajlaşma proqramlarında olduğu kimi, elektron poçtlara “emoji”lər əlavə etməyə imkan verəcək.

Bu yenilik, əslində, ilk dəfə bir neçə həftə əvvəl “Gmail”in “iOS” proqramında aşkar edilib. Artıq “Android”də də yeniliyin tətbiqinə başlanılıb.

Sözügedən reaksiyaların tezliklə “Gmail”ə əlavə ediləcəyi bildirilir. Qeyd edək ki, belə bir funksiya artıq “Microsoft”un elektron poçt xidməti olan “Outlook”da mövcuddur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin