
Yevlax-Xaldan yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 minik avtomobilinin toqquşması zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
yasamal.tv-ın məlumatına görə, qəza nəticəsində Yevlax rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Namiq Qabil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mingəçevir şəhər sakinləri, 1961-ci il təvəllüdlü Paşayev Gəray Xasay oğlu, 1997-ci il təvəllüdlü Dadaşova Çimnaz Dadaş qızı və Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Vaqifli Fərid Azər oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.